“Hər gün yaşananlardan ağır, lakin vacib dərs alaraq çıxırıq və belə böyüyərək bərkiyirik”.
Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu fikirləri ABŞ Konqresində Ukraynaya yardım zərfinin təsdiqlənməməsinə münasibət bildirən ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.
Onun sözlərinə görə, xaricdən yardım göndərilib-göndərilməməsindən asılı olmayaraq, Ukrayna öz ərazilərindən imtina etməyəcək:
“Sakitlik və təmkin. Dünyanın hansı ölkəsində kimin necə səs verməsindən asılı olmayaraq, biz öz dövlətimizin müdafiəsindən geri çəkilməyəcək, ərazilərimizin bir qarışından imtina etməyəcək və öldürülən heç bir soydaşımızın qanını bağışlamayacağıq.
Biz toparlanaraq nəticə çıxaracağıq, silahlarımızı yenidən işə salacaq və Rusiya adlı bədheybətin məhvini davam etdirəcəyik.
Hər gün yaşananlardan ağır, lakin vacib dərs alaraq çıxırıq və belə böyüyərək bərkiyirik”.