Kiyevə raket zərbələrinin ACI STATİSTİKASI – Dinc sakinlərdən yüzlərlə ölü və yaralı var

Rusiyanın Ukraynaya hərbi təcavüzünün ilk günlərindən paytaxt Kiyevə endirilən raket-artilleriya zərbələrinin nəticələri açıqlanıb.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Kiyev Şəhər Administrasiyası sədrinin 1-ci müavini Nikolay Povoroznik təqdim edib.

Onun sözlərinə görə, Rusiyanın hərbi təcavüzünün başlanğıcından bu yana Kiyevdə 222 nəfər həlak olub və onlardan 60-ı dinc sakindir. Həlak olanlar arasında 4 uşaq da var.

Müharibənin davam etdiyi 3 həftə ərzində şəhərdə 889 nəfər yaralanıb və onlardan 18-i uşaq, 3-ü təcili tibbi yardım maşınının sürücüsü və 1-i həkim olmaqla 241 nəfəri dinc sakindir.

Bundan başqa, şəhər infrastrukturuna xeyli ziyan dəyib, onlarla yaşayış və inzibatı bina dağıdılıb.