“Ukrayna 300 km-dən çox mənzilli raketlər əldə etmək istəyir”.
Yenicag.az xəbər verir ki, bunu Ukraynanın səfərbərlik resursu tükəndiyi üçün Qərbdən uzaqmənzilli silahlar istəyə biləcəyi haqda fikirlərini səsləndirən hərbi ekspert, ehtiyatda olan polkovnik Anatoli Matviyçuk deyib.
O, bildirib ki, Ukraynanın səfərbərlik resursuna malik olmadığı vəziyyəti nəzərə alsaq, ölkə Krıma və Rusiyanın uzaq nöqtələrinə zərbələr endirmək üçün 300 kilometrdən çox mənzilli uzaqmənzilli silahlar tələb edə bilər:
“Bundan əlavə, Kiyev pilotsuz uçuş aparatları, həmçinin “Storm Shadow” raketləri də istəyəcək. Uzaqmənzilli silahların köməyi ilə Ukrayna silahlı qüvvələri Mərkəzi Rusiyaya zərbə endirməyə çalışacaq. Bunu proqnozlaşdırmaq isə mümkünsüzdür. Qərb bu cür zərbələrə icazə verməyə bilər. Çünki o, silahlı münaqişəni Ukrayna tərəfinin danışdığı müstəviyə köçürməyə hazır deyil”.
Nəsimi Ələsgərli