!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Kleyn azərbaycanda olub və vəziyyəti gözəl bilir” – Yevda Abramov

!Reklam – Yazi

israilazerbaycanAmerika Sionist Təşkilatının rəhbəri Morton A.Kleyn verdiyi bəyanatda qeyd edib ki, Azərbaycan ABŞ və İsrailin vacib müttəfiqidir.

ABŞ-Azərbaycan münasibətlərinin mövcud vəziyyətini nəzərə alsaq, Morton A.Kleynin bu sözləri nə qədər həqiqəti əks etdirir?

Bəyanatla bağlı millət vəkili Yevda Abramov Yenicag.Az-a fikir bildirərkən deyib ki, Morton tam doğru fikir səsləndirib:

“Bəli, biz ABŞ-la və İsraillə ən yüksək səviyyədə dostluq əlaqələri saxlayırıq. Onun dediyi sözlər heç bir şübhə doğura bilməz”.

Millət vəkili M. Kleynin dəfələrlə Azərbaycanda olduğunu söyləyib:

“O, buradakı vəziyyəti də görüb. Kleyn çox tanınmış insandır və sıravi bir adam deyil. O, dediyi sözün məsuliyyətini başa düşür. Çünki bizim bir sıra maraqlarımız üst-üstə düşür. Təbii ki, bizim nümayəndələr də ABŞ-da olan zaman onunla görüşlər təşkil edir. Həmçinin onun təşkilatının üzvləri də Qubanın “Qırmızı qəsəbə” deyilən ərazisində də Yevda Abramov ile ilgili görsel sonucuolublar”.

Qeyd edək ki, Amerika Sionist Təşkilatının prezidenti Morton A.Kleynin təşkilatının saytında dərc edilmiş bəyanatında deyilir ki, Azərbaycan ABŞ və İsrailin vacib müttəfiqidir. Azərbaycanın ABŞ-dakı səfirliyinin “Amerikanın Əsas Yəhudi Təşkilatları Prezidentlərinin Konfransı (AƏYTPK)” ilə birgə bu ölkənin yeni seçilmiş prezidenti Donald Trampa məxsus oteldə keçirdiyi Hanukkah bayramı ilə bağlı tədbiri baykot edən yəhudi təşkilatlarının fəaliyyəti Azərbaycan, ABŞ və İsrail arasındakı münasibətlərə xələl gətirə bilər.

Gülnarə Eynullaqızı
Yenicag.Az

www.yenicag.az

566
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv