Kiyevin meri Vitali Kliçko prezident “Petro Poroşenkonun Bloku”nun rəhbərliyindən çıxmaq üçün istefa ərizəsi yazıb.
“Qafqazinfo” Ukrayna KİV-ə istinadən xəbər verir ki, Kliçkonun sözlərinə görə, o artıq ərizəni baxılması üçün partiya şurasına təqdim edib.
Ukrayna KİV-i Kliçkonun yerinə İrina Qeraşenkonun gətiriləcəyini yazır. Qeraşenko isə bu haqda məlumatsız olduğunu deyib.