!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kliçko: “Türkiyəli iş adamlarının şəxsi mühafizəçisi olmağa hazıram”

!Reklam – Yazi

eski-boksorden-turk-yatirimcilara-bodyguard-7322431_x_8027_oÖlkənin qərbində gedən müharibələr və iqtisadi cəhətdən Rusiya ilə Avropa Birliyinin arasında sıxışıb qalan Ukraynanın paytaxtı Kiyevin bələdiyyə sədri, dünyaca məşhur boksçu Vitali Kliçko Türkiyənin iş adamlarına çağırış edib.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, məşhur boksçu Kiyevə investisiya yatıran türk iş adamlarının şəxsi mühafizəçisi olmağa hazırdır.

O, bu sözləri Kiyevdə, Türkiyədən olan jurnalistlərə açıqlamasında deyib.
Kliçko Kiyevi turizm sahəsində bənzəri olmayan şəhər adlandıraraq, türk iş adamları üçün buranın mühüm əhəmiyyət kəsb edəcəyini vurğulayıb.

“Kiyev bənzərsiz bir şəhərdir. Bunu bələdiyyə sədri olaraq demirəm. Mən əvvəl turizm sahəsində çalışdım. Ona görə də, bu şəhərin ecazkarlığına bələdəm. Türkiyə və Ukrayna arasında turizm sektorunda çox mühüm əlaqələr var. Hər il 500 min ukraynalı Türkiyəyə səfər edir. Ancaq təəssüf ki, türklər o qədər də geniş şəkildə Ukraynaya gəlmirlər. Bizim məqsədimiz Türkiyədən geniş turist kütləsini Ukraynaya cəlb etməkdir”-deyə Kliçko vurğulayıb.

“Kiyevə gələn turistin günlük xərci 24 dollardır”.

“Kiyevdə olduqca ucuz işçi qüvvəsi var. Buraya investisiya yatıranlar işadamları üçün hərçür şərait mövcuddur. Hətta mən həmin iş adamlarının şəxsi mühafizəçisi də olaram. İndi Kiyevə yatırım etməyin tam vaxtıdır”.

İslahatlar sisteminə toxunan Kliçko Türkiyənin Ukraynaya nümunə ola biləcəyinə işarə etdi.

“Türkiyədə islahatlar çox müvəfəqiyyətlə aparılır. Ukrayna islahatlar baxımından Türkiyəni nümunə götürə bilər”-deyə sonda Kliçko sözlərinə əlavə edib.

www.yenicag.az

737
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv