Rusiyanın Krasnoyarsk şəhərində özəl klinikada yanğın baş verib.
Yenicag.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumat yayıb.
Məıumatda bildirilib ki, yanğın zamanı 4 nəfər ölüb, 2 nəfər yaralanıb.
16 nəfər klinikadan təxliyə edilib və yanğın söndürülüb.
İlkin ehtimala görə, hadisəyə səbəb ehtiyatsızlıq və ya elektrik avadanlıqlarının nasazlığı ola bilər.