Müğənni Maetanın növbəti klipinin çəkiliş prosesində gözlənilməz vəziyyət yaranıb.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, ağ-qara formatda çəkilən klipin hazırlıq prosesində oynatdığı ilan Maetanı buxağından çalıb.
Olayı əks etdirən videonu Maeta öz “Instagram” hesabında “Klip çəkilişlərində sizlər üçün nələrə hazıram” qeydi ilə paylaşıb.