Bu gün AFFA Klublar Komitəsinin iclası keçirilir.
Yenicag.az xəbər verir ki, iclasın gündəliyinə 7 məsələ daxil edilib:
1. Baş katib Elxan Məmmədovun çıxışı
2. Növbəti mövsümdən klublar maliyyə hesabatlarını özlərinin və ya AFFA-nın rəsmi saytı vasitəsilə açıqlamalıdırlar. Bu, lisenziyalaşdırma prosedurunun A meyarıdır və mütləq yerinə yetirilməlidir. (AFFA Lisenziyalaşdırma Departamentinin rəisi Sərxan Hacıyev və əməkdaşı Bəhram Dadaşovun iştirakı ilə)
3. Bazar günləri baş tutan oyunların keçirilmə saatları 15:00 və ya 16:00-a təyin edilsin. Həftənin digər günlərində isə oyunlar axşam saatlarında – 19:00, 20:00 və ya 21:00-da təyin edilsin (PFL nümayəndəsi Aslan Şahgəldiyevin iştirakı ilə)
4. AFFA-nın UEFA-ya üzv olduğunu və bu qurumun reqlamentlərini tanıyıb-qəbul etməsini nəzərə alaraq, Azərbaycan Premyer Liqasının oyunlarında texniki skamyada əyləşən rəsmi şəxslərin sayının 7-dək artırılmasını və əsas komandanın təşkilati işləri funksiyasını icra edən baş menecerin həmin zonada əyləşməsinə icazə verilməsinin, əlavə oturacaqların sayının 8-dək artırılmasının, klubların əsas komandasının baş menecerlərinə (komandanın rəisi) lisenziyaların verilməsinin mümkünlüyünün müzakirəsi (PFL nümayəndəsi Aslan Şahgəldiyevin iştirakı ilə)
5. Hakimlərin üst geyimi kimi alt geyimlərinin (şort) də eyni rəngdə olmasını təmin etmək məqsədilə AFFA Hakimlər Komitəsinə müraciət etmək (Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Frits Ştuxlikin iştirakı ilə)
6. Klublar Komitəsinin növbəti fəaliyyət müddəti üçün yeni sədrin seçkisi
7. Digər məsələlər