Klublarımız üçün son 5 potensial rəqib – Avroliqada

Sabah UEFA Çempionlar Liqası ilə yanaşı, futbol üzrə Avropa Liqasında da 1-ci və 2-ci təsnifat mərhələlərinin püşkü atılacaq.

Yenicag.az xəbər verir ki, yarışa təsnifat raundundan başlayacaq Azərbaycan klublarının – “Qəbələ”, “Neftçi” və “Keşlə”nin yekun potensial rəqibləri artıq bəllidi. Azərbaycanın hər üç təmsilçisi püşkatmada səpələnmişlər səbətində yer alacaq. Bu isə o deməkdi ki, təmsilçilərimizin mümkün rəqibləri nisbətən zəif hesab olunan səpələnməmişlərdi.

2-ci qrupa düşən “Qəbələ” “Proqres” (Lüksemburq), “Şiroki Briyeq” (Bosniya və Hersoqovina), “Şkupi” (Makedoniya), “Stumbras” (Litva) və “Dunayska Streda” (Slovakiya) klublarından birinə rəqib olacaq.

3-cü qrupdakı “Neftçi”ni “Buduçnost” (Çernoqoriya), “Partizani” (Albaniya), “Uypeşt” (Macarıstan), “Samtrediya” (Gürcüstan) və “Rasinq Yunion” (Lüksemburq) klublarından biri ilə duel gözləyir.

7-ci qrupda yer alan “Keşlə” isə “Milsami” (Moldova), “Rudar” (Çernoqoriya), “Riqa” (Latviya), “Budapeşt Honved” (Macarıstan) və “Baltsan” (Malta) klublarından biri ilə mübarizə aparmalı olacaq.

COP29