Klubun adı dəyişdirilir – Ölkə prezidentinin atasının adını daşıyacaq

Rusiya Premyer Liqasında çıxış edən “Terek” klubunun adı dəyişdiriləcək.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Yayılan məlumata görə, Qroznı təmsilçisi Çeçenistan Respublikasının sabiq prezidenti Axmat Kadırovun şərəfinə “Axmat” adını daşıyacaq. Yeni mövsümdə komandanın məhz bu ad altında mübarizə aparacağı bildirilir.

Qeyd edək ki, Axmat Kadırov Çeçenistan Respublikasının hazırkı prezidenti Ramzan Kadırovun atasıdır.

Yenicag.az

COP29