Gürcüstan üçün Çinlə olduğu kimi ABŞ-la münasibətlərin qurulması son dərəcə vacibdir.
Yenicag.az xəbər verir ki, bunu baş nazir İrakli Kobaxidze bildirib.
O deyib: “Birləşmiş Ştatlar Gürcüstan vətəndaşları üçün vizasız rejim tətbiq etsəydi, çox yaxşı olardı, xüsusən belə bir qərar miqrasiya siyasətində heç bir dəyişikliyə səbəb olmayacaq”.
Kobaxidze ABŞ-la birbaşa hava əlaqələrinin açılmasına, azad ticarət sazişinin imzalanmasına, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinə, Amerika investisiyalarının cəlb olunmasına ümid etdiyini bildirib:
“Bütün bu sahələrdə bu gün bizimlə ABŞ arasında vəziyyət praktiki olaraq sıfırdır”.
Baş nazirin sözlərinə görə, bir neçə gün əvvəl Tbilisidə Amerika səfiri ilə çox həvəsləndirici görüş keçirib:
“Səfirin müsbət mesajları olub. Əsas odur ki, bütün bunlar Amerika rəhbərliyinin qərarlarına çevrilir”.