Gürcüstan hökuməti, müxalifətin etirazlarına baxmayaraq, təsdiqlənəcək.
Yenicag.az xəbər verir ki, bunu Gürcüstanın Baş nazir İrakli Kobaxidze bildirib.
O vurğulayıb ki, müxalifət partiyaları yeni çağırış parlamentinin ilk iclasının işinə mane ola bilməyəcəklər.
Xatırladaq ki, daha əvvəl “Dəyişiklik Koalisiyası” oktyabrın 27-dən etiraz aksiyalarına başlayacağını elan etmişdi./Report/