Rusiyanın Gürcüstana təsiri yoxdur.
Yenicag.a xəbər verir ki, bu bəyanatı Gürcüstanın Baş naziri, “Gürcü Arzusu”nun lideri İrakli Kobaxidze ölkədə seçkilərə “Rusiyanın müdaxiləsi” ilə bağlı ittihamlara cavab olaraq verib.
“Burada onların təsirindən yararlanan siyasi partiyalar, təsir altında olan mətbuat orqanları yoxdur. Buna görə də Rusiya tərəfi Gürcüstandakı seçkilərə təsir göstərə bilməz”, – Kobaxidze əlavə edib./Report/