Kobi Brayant faciəvi şəkildə ölüb – FOTOLAR/VİDEO

Əfsanəvi basketbolçu Kobi Brayant ölüb.

Yenicag.az xəbər verir ki, Milli Basketbol Assosiasiyasının (MBA) tarixinə düşən amerikalı idmançı helikopter qəzasında həyatını itirib.

41 yaşlı veteran basketbolçu helikopterin ABŞ-ın Los-Anceles şəhəri yaxınlığında yerə çırpılması nəticəsində ölüb. Onunla bərabər helikopterdə olan digər dörd şəxs – K.Brayantın üç dostu və pilot da qəzanın qurbanı olub. Helikopterin yerə çırpılması nəticəsində yanğın baş verdiyi bildirilir.