Koçaryan Paşinyanı diktator adlandırdı

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan və Xüsusi İstintaq Xidmətinin rəisi Sasun Xaçatryan arasında telefon danışığının dinlənilməsinə bu ölkədə etirazlar artmaqda davam edir.

Yenicag.az xəbər verir ki, artıq Ermənistanın sabiq prezidenti Robert Koçaryan da son olaylara münasibətini açıqlayıb. O, bu hadisənin ölkənin məhkəmə sisteminə təzyiq olduğunu bəyan edib və cinayət adlandırıb.

Koçaryan sözügedən hadisənin Ermənistanın indiki baş naziri Nikol Paşinyanın ölkəni diktatorcasına idarə etmək cəhdi olduğunu da bildirib: “Artıq Ermənistanı yeni diktatoruna qovuşması münasibətilə təbrik etməliyəm? Məgər inqilabın əsas hədəfi bu idi? Məndə böyük şübhələr var. Xalqımız anlamalıdır ki, bu baş verənlər Ermənistana baha başa gələcək”.

COP29