Müdafiə və təhlükəsizlik məsələləri üzrə parlament komissiyasının rəhbəri Andranik Köçəryan sərhədin delimitasiyasına Tavuş rayonundan başlanması ideyasının Ermənistan Baş Qərargahına aid olduğunu deməklə səhv etdiyini bildirib.
Yenicag.az xəbər verir ki, bu barədə o, Ermənistan mediasına açıqlamasında deyib.
O qeyd edib ki, əslində Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası işinin təşkili kontekstində Baş Qərargahın rəyinin prioritet olmasını nəzərdə tutub:
“Baş Qərargahın rəyi nəzərə alınmadan delimitasiya komissiyasının işinin səmərəli təşkili mümkün olmayacaq”. /axar.az