Xəbər verdiyimiz kimi, bu gün də Ermənistanın paytaxtı İrəvanda hökumət əleyhinə etiraz aksiyası keçirilir. Vətəndaşlar ölkənin baş naziri Nikol Paşinyanın istefasını tələb edirlər.
Yenicag.az xəbər verir ki, erməni teleqram kanallarında yayılan məlumata görə, etiraz aksiyalarına rəhbərlik edən şəxslərdən biri də Ermənistanın eks-prezidenti Robert Köçəryandır.
“Etirazçılara Ermənistanın eks-prezidenti Robert Köçəryan başçılıq edir” – kanallardan biri yazıb.