!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Köçəryanı "içəri"dən kim çıxartdı? - Ermənistanda baş verənlərə sözardı - VİDEO

!Reklam – Yazi

“Real TV”də yayımlanan “Bir başqa xəbər” verilişində Ermənistanda baş verən son proseslərdən bəhs edilib.

Yenicag.az xəbər verir ki, aparıcısı Eldəniz Elgünün olduğu verilişdə işğalçı Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya qarşısında aciz qaldığı qeyd olunub.

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın həbsi və müvəqqəti olaraq azadlığa buraxılması fonunda baş verənləri şərh edən yerli ekspertlər maraqlı fikirlər səsləndiriblər.

Ekspert Əziz Ələkbərli hesab edir ki, Cənubi Qafqazda və Yaxın Şərqdə ən regionçu xalq ermənilərdir. Onun sözlərinə görə, erməniləri iki – dini və milli ideologiya birləşdirir.

Verilişdə eskpert qismində çıxış edən “YeniÇağ” Media Qrupunun direktoru Aqil Ələsgər isə Paşinyanla erməni kilsəsi arasında baş verən gərginlikdən danışıb. O, daxildə Paşinyanla bağlı tərəddüdlərin davam etdiyini bildirib.

Fəlsəfə elmlər doktoru Kərəm Məmmədov isə Rusiyanın ekspanser siyasətindən söz açıb. O, bu siyasətin arxasında nələrin durduğunu açıqlayıb.

 

www.yenicag.az

3607
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv