Köçəryanın köməkçisi həbs edildi

Ermənistanda deputat Levon Köçəryanın köməkçisi Artur Sukoyanın həbsi ilə bağlı qərar qəbul edilib.

Yenicag.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

Onun vəkilləri Erik Aleksanyan və Aleksandr Koçubayev bildiriblər ki, deputatın köməkçisi jurnalistlə şəxsi münaqişə fonunda həbs olunub.

Qeyd edək ki, aprel ayının 30-da Köçəryanın köməkçisi ilə “civic.am” saytının müxbiri arasında insident yaşanıb.

COP29