Kofi Annan Qanada dəfn ediləcək

BMT-nin sabiq baş katibi Kofi Annanın dəfn mərasimi sentyabrın 13-də Qanada keçiriləcək.

Yenicag.az xəbər verir ki, bu barədə Qana Prezidenti Nana Akufo-Addoya bildirib. Mərhum diplomatın Qananın paytaxtı Akkra şəhərindəki hərbi qəbiristanlıqda dəfn ediləcəyi bildirilir.

Xatırladaq ki, 1997-2006-cı illərdə BMT-nin baş katibi olmuş Kofi Annan avqustun 18-də 80 yaşında vəfat edib.

Qanalı diplomat, BMT-nin 7-ci baş katibi Kofi Annan 1938-ci ildə doğulub. Qanada, ABŞ-da və İsveçrədə təhsil alıb. Tələbə olarkən BMT-də işləməyə başlayıb. Əvvəlcə Dünya Səhiyyə Təşkilatında, sonra isə digər strukturlarda çalışıb, BMT-nin qaçqınların işi üzrə ali komissarının idarəsinə başçılıq edib. 2001-ci ildə Nobel Sülh Mükafatına layiq görülüb.

COP29