!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Köhnə avtomobillərin ölkəyə gətirilməsinə QADAĞA: Bu maşınların qiyməti bahalaşdı - VİDEO

!Reklam – Yazi

Ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılacaq.

Bu qərar Azərbaycanda avtomobil bazarında qiymətlərə təsirini göstərəcəkmi?

Yenicag.az-a açıqlama verən nəqliyyat üzrə ekspert Elməddin Muradlı avtomobil bazarında yaşı 10 ildən artıq olan maşınların qiymətinin artacağının qaçılmaz olduğunu bildirib:

“Yaşı 10 ildən köhnə olan avtomobillərin qiymətinin artması gözlənilir. Çünki xarici ölkələrdən gətirə bilmədiyi halda, şəxs məcburdur ki, maşını buradan alsın. Kreditləşmə məsələsinə baxılmalıdır. Yeni avtomobildən söhbət gedirsə, kredit şərtləri əlçatan olmalıdır ki, insanlar avtomobillərini yeniləyə bilsinlər…”

Daha ətraflı videonu təqdim edirik:

Cəvahir

www.yenicag.az

2129
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv