“Köhnə dünya”nın sənayesi özünə gəlir – Statistika nə göstərir?

Avropa İttifaqında (Aİ) bu ilin avqustunda sənaye istehsalı iyul ayı ilə müqayisədə 0,6 faiz artıb.

Yenicag.az “Haber Global”a istinadən xəbər verir ki, Aİ-də sənaye istehsalı avqustda iyul ayı ilə müqayisədə 0,6 faiz artıb.

Bununla belə, ümumi göstəricilərə əsasən, ötən ilin avqust ayı ilə müqayisədə avrozonada 5,1 faiz azalma baş verib.

Avqustda Aİ ölkələri arasında sənaye istehsalında ən yüksək artım 6,1 faiz göstərici ilə İrlandiyada qeydə alınıb.

Növbəti yerlərdə qərarlaşan Slovakiyada iqtisadi artım 4,5 faiz, Litvada isə 3,7 faiz təşkil edib.

İqtisadi göstəricilərin ən çox pisləşdiyi ölkələr isə aşağıdakılar olub: İrlandiya (27,3 faiz), Sloveniyaa (12,3 faiz) və Estoniya (11,9 faiz).

 

COP29