!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kolbasa sexində – Zərərli heyvan və toyuq əti aşkarlandı

!Reklam – Yazi

et6Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) ölkə ərazisində epizootoloji sabitliyin saxlanması və əhalinin sağlamlığının təhlükəli yoluxucu xəstəliklərdən və qida zəhərlənmələrindən qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Dövlət Baytarlıq Nəzarəti Xidmətindən Yenicag.az-a verilən məlumata görə, aprelin 5-də DBNX-nin Abşeron Rayon Baytarlıq İdarəsi tərəfindən qida təlükəsizliyi ilə əlaqədar rayon ərazisində fəaliyyət göstərən baytarlıq nəzarətində olan obyektdə baytarlıq nəzarəti həyata keçirmişdir. Həyata keçirilmiş nəzarəti tədbir zamanı Masazır kəndinin “Quşçuluq” yaşayış massivinin yaxınlığında yerləşən fiziki şəxs Sahib Böyükağa oğlu Şirinova məxsus kolbasa məmulatları istehsalı sexinin soyuducu kamerasında mənşəyi məlum olmayan, qida üçün yararlığı və orqanoleptik göstəriciləri şübhə doğuran, polietilen torbalarda sümüksüz heyvan ətləri, gigiyenik olmayan plastik vannalarda farş və müxtəlif toyuq əti məhsulları aşkar olunub.

Aşkar edilmiş heyvan ətlərinin, farşın və toyuq ətlərinin mənşəyinə və sağlamlığına dair heç bir baytarlıq sənədləri (baytarlıq şəhadətnaməsi forma 2 , baytarlıq arayışı) olmamışdır. 1000 kq-a yaxın sümüksüz ətlərin, farşın və toyuq məsullarının qida üçün yararlı olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə baytarlıq qanunvericiliyinə uyğun onlardan nümunələr götürülərək bakterioloji, biokimyəvi müayinələr üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun müvafiq qərar qəbul ediləcək.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, bu istiqamətdə baytarlıq nəzarəti tədbirləri ardıcıl olaraq bundan sonra da davam etdiriləcək.

www.yenicag.az

1251
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv