Kolbasa və sosislərin keyfiyyətindən necə əmin olaq? – Diqqət edilməli DETALLAR – VİDEO

Son dövrlər mağazalarda kolbasa və sosislərin satışında çeşidlilik artıb. Satışda qiyməti 3 manata olan məhsul da var, 33 manata olanı da…

Bu zaman istehlakçıları düşündürən əsas məsələ isə kolbasa və sosislərin keyfiyyəti və tərkibi ilə bağlı olur. Belə ki, qiyməti çox ucuz olan məhsulların tərkibində istifadə olunan maddələr onun keyfiyyəti və təmizliyi ilə bağlı sual doğurur.

Bəs istehlakçılar bu məhsulları alarkən ən çox nələrə diqqət yetirməlidir?

Mövzu ilə bağlı Yenicag.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, ölkəmizdə 20-yə qədər kolbasa və sosiska məmulatları istehsal edən müəssisələr mövcud olsa da, onlardan barmaq sayı qədər olanı tam standartlara uyğun məhsul hazırlayır:

Ətraflı videonu təqdim edirik:

İsmayıl Bakuvi
Samir Məcidov

COP29