Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Kölgə iqtisadiyyatı”ndan LEQAL İQTİSADİYYATA: “Sağlam rəqabət mühiti yaradılmasa...”

“Sahibkarlara mane olan digər qüvvələr hüquq-mühafizə orqanları və məhkəmələrdir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ölkədə “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması və əmək münasibətlərinin tənzimlənməsi istiqamətində görülən işləri dəyərləndirən iqtisadçı Əkrəm Həsənov deyib.

İqtisadçının sözlərinə görə, indiki mərhələdə iqtisadi inkişafı təmin etmək üçün sağlam rəqabət mühiti yaradılmalıdır:

“Sahibkarlara dəstək üçün dövlət iqtisadi cəhətdən vergi-gömrük siyasətini düzgün qurmalıdır. Qalan məsələlər artıq hüquqa aiddir. Ölkədə normal qanunlar olmalıdır. İlk növbədə, Mülki Məcəllənin təkmilləşdirilməsinə ehtiyac var. Mülki Məcəllə bütün dünyada ölkənin iqtisadi konstitusiyası hesab olunur. Bizim Mülki Məcəllə isə hətta keçmiş SSRİ-də ən geridə qalmış sənəd sayılır. Mən bunu tam məsuliyyətlə deyirəm.

İkinci məsələ isə məhkəmələrdir. Məhkəmələrdə dürüstlük, savadlılıq və müstəqillik olmalıdır ki, sahibkarlar məhkəmələrin onların hüquqlarını obyektiv surətdə qoruyacaqlarına inansınlar. Ancaq təəssüf ki, Azərbaycanda bu məsələlər öz həllini tapmayıb.

Dünən həyata keçirilən dəyişikliklər məni ümidləndirir ki, yeni iqtisadiyyat naziri – indi bəziləri geniş səlahiyyətlərinə görə onu qeyri-rəsmi ölkənin ikinci baş naziri də adlandırırlar – bu işlərlə də məşğul olacaq. Vergilər Nazirliyinin ləğv edilərək, İqtisadiyyat Nazirliyinə birləşdirilməsini də düzgün hesab edirəm. Çünki prezident də Mikayıl Cabbarovu qəbul etdikdə ona tapşırdı ki, sahibkarları qorumaq lazımdır. Sahibkarları da kimdən qorumaq laızmdır? Vergi orqanlarından.

Buna görə də Vergilər Nazirliyi ləğv olndu ki, vergi orqanları sahibkarlara mane olmasın. Amma yenə deyirəm, sahibkarlara mane olan digər qüvvələr hüquq-mühafizə orqanları və məhkəmələrdir. Ümid edək ki, Mikayıl Cabbarov bu sahədə də təsirli addımlar atacaq.

İqtisadiyyatda bu gün müşahidə olunan uğurlar məhz sabiq vergilər nazirinin uğurudur. Mikayıl Cabbarov buna görə iqtisadiyyat naziri təyin olundu. “Kölgə iqtisadiyyatı”nın kiçilməsinə nail olmaq Mikayıl Cabbarovun uğurudur.

İndi isə tam leqallaşmış iqtisadiyyatı inkişaf etdirmək vəzifəsi Mikayıll Cabbarova tapşırılıb. Ölkədə əsas problem sağlam rəqabətin olmamasıdır. Sahibkarların çoxu, əslində, sağlam rəqabətin olmaması ucbatından işçilərlə əmək müqaviləsi bağlamırlar, gəlirlərini gizlədirlər, vergidən yayınırlar. Ölkənin əsas problemi məhz budur və onun aradan qaldırılması qaçılmazdır”.

Aqil Bəkir

www.yenicag.az

1652
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM