Kollec müəlliminin DƏHŞƏTLİ QƏTLİ: Prokurorluq məlumat yaydı

Gəncə prokurorluğu qətl hadisəsi ilə bağlı məlumat yayıb.

Yenicag.az xəbər verir ki, məlumatda bildirilib ki, avqustun 28-da saat 21 radələrində 1953-cü il təvəllüdlü Yusif Dəmirov Gəncə şəhərində kirayədə yaşadığı mənzildə çoxsaylı bıçaq zərbələri yetirilərək öldürülüb.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib və digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

COP29