Kolleclərə ixtisas seçimi bu gün başa çatır

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi bu gün tamamlanır.

Yenicag.az DİM-ə istinadla xəbər verir ki, ixtisas seçiminə qəbul (buraxılış) imtahanında ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

7 avqust saat 09:15-ə olan məlumata əsasən ixtisas seçimi etmiş abituriyentlərin sayı aşağıdakı kimidir:

Azərbaycan bölməsi – 14855; rus bölməsi – 344; cəmi – 15199 nəfər.

Müsabiqəyə qeyd olunan vaxtadək ixtisas seçimi edib ərizəsini təsdiq etmiş abituriyentlər buraxılacaqlar.