!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kolleclərə qəbul olmaq istəyən abituriyentlərin diqqətinə - Sistem yenidən aktiv edildi

!Reklam – Yazi

Ümumi təhsil müəssisələrini cari ildə bitirən və kolleclərə qəbul olmaq üçün fevral-mart aylarında aparılan qeydiyyatdan keçməyən abituriyentlər üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu sistemi yenidən aktiv edilib.

Dövlət İmtahan Mərkəzindən Yenicag.az-a verilən məlumata görə, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ərizə qəbulu 2019-cu il fevralın 22-dən martın 11-dək aparılmışdır. Bu müddət ərzində qeydiyyatdan keçməyən, lakin buraxılış imtahanlarının hər iki mərhələsində iştirak edərək orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtlərini ödəyən abituriyentlər iyunun 27-dan avqustun 5‑dək “ekabinet.dim.gov.az” internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə “Abituriyentin elektron ərizəsi” formasını doldurub təsdiq edə bilərlər.

Qeyd edək ki, 9 illik bazada kolleclərin ixtisas seçiminə isə ümumi balı (hər iki mərhələ üzrə) 50‑dən, Azərbaycan (rus) dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsində fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur. İxtisas seçimi 24 iyul-5 avqust tarixlərində aparılacaq.

www.yenicag.az

6208
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv