!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kollektiv təsəvvür, Milli Vicdan və Vətən Müharibəsi - Təbriz Raufoğlu yazır

!Reklam – Yazi

Ziya Gökalp, Durkheim sosiologiyasına istinad edərək, “kollektiv təsəvvürlər” anlayışının cəmiyyətdə baş verən sosial hadisələrə səbəb olduğu fikrini müdafiə edir. Məncə, yanaşma son dərəcə təsirli və dəqiqdir. Çünki cəmiyyətin emosional vicdanında hiss olunan ümumi baxış nöqtəsi kimi də qələmə verilən “kollektiv təsəvvür” məfhumu həmin cəmiyyətin sosyal hadisələrə yanaşmasını ortaya qoyur. Misal üçün cəmiyyətin böyük əksəriyyəti həqiqətən “ədalətli cəmiyyətik” deyəndə kollektiv şəkildə öz mövqeyini ifadə edir. (Z. Gökalp, Türkçülüğün Esasları, s. 70-72)

Milli vicdan

Millətlərin tam müstəqilliyi anlayışı Ziya Gökalp tərəfindən milli vicdan prinsiplərinə söykədilir. Millətləri və dövlətləri qəbilə, camaat və cəmiyyət olaraq ayıran Ziya Gökalp yalnız milli vicdana söykənən birliyin cəmiyyət ola biləcəyini təsbit edir. Əks təqdirdə, milli vicdanın hökmran olmadığı bir mühitdə cəmiyyət anlayışının meydana çıxmasının mümkün olmadığı qənaətindədir. O, yalnız milli vicdanı olan cəmiyyətlərin öz müstəqilliklərinə təminat verə biləcəyini düşündüyü üçün istənilən kosmopolit yanaşmanın milli vicdanı və milliləşmə prosesini əngəlləyəcəyini, onunla birlikdə gələcək teokratik və klerikal sistemin milliləşmə qarşısında ciddi maneələr yaradacağını bildirir.

Digər tərəfdən, bütün cəmiyyətlərin klan və icma mərhələlərini bir tələbə təcrübə keçirmiş kimi keçməsinin lazım olduğunu bildirən Gökalp, milli vicdana əsaslanan cəmiyyətlərin millət üçün idarə olunan və millətin iştirakı ilə qurulan bir sistem olduğunu bildirir. Mütəfəkkirə görə, milli vicdanın doğulduğu bir mühitdə güclü və təsirli xarici müdaxilə olsa belə, müstəqilliyi itirmək mümkün deyil. Nümunə olaraq, Qurtuluş Savaşı göstərilə bilər. Həmin zaman qərblilər Anadoluda milli vicdanın doğulduğunu gördülər və burada heç bir şəkildə müstəmləkə quruluşunun qurulmasının mümkün olmadığına əmin oldular. (Həmin əsər, səh. 75-81)

Bugünkü Türkiyənin fikir öndərlərindən sayılan Ziya Gökalpın yuxarıda qısaca qeyd etdiyimiz “milli vicdan” anlayışı və “kollektiv təsəvvürlər” üzərində qurulan fikirləri Vətən Müharibəsi zamanı ortaya çıxan ictimai hadisələrlə necə də üst-üstə düşür. Rəhmətlik Gökalpın nəzərindən yanaşdıqda demək olar ki, Azərbaycan xalqı “Qarabağ Azərbaycandır” idealından yola çıxaraq şüurunda formalaşdırdığı kollektiv təxəyyülü milli vicdana çevirərək müharibəyə başlamıştır (Əks-hücuma) və bu iki anlayışın yaratdığı milli ehtiyacdan doğan yüksək emosional həyəcanla tarixi torpaqlarını geri almağa müvəffəq olmuşdur.

Təbii ki, bu uğurdan danışarkən bir vacib məqamı da nəzərdən qaçırmaq olmaz. O da Mərhum Gökalpın “Oğuzistan” anlayışı daxilində daha sıx dil və mədəni birlik çərçivəsində təsbit etdiyi və “Bir millət, iki dövlət” ideyası əsasında təmin edilən Anadolu və Azərbaycan türklərinin birliyinin təxminən bir əsr sonra tam reallığı çevrilərək Qarabağ zəfərini qazandırması faktıdır.

www.yenicag.az

606
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv