Kolumbiya Argentinada olan bütün diplomatlarını deportasiya edəcək.
Yenicag.az xəbər verir ki, bu barədə Kolumbiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Buna səbəb Argentina prezidenti Xavyer Mileinin prezident Qustavo Petronu “qatil terrorçu” adlandırması olub.
Kolumbiya XİN deportasiya qərarını diplomatik kanallarla Argentina səfirliyinə çatdıracaq.
Qeyd edək ki, Argentina prezidenti CNN-ə verdiyi müsahibədə Petro haqqında bu sözləri deyib: “Qatil terrorçu olan birindən çox şey gözləmək olmaz”.