Kolumbiyanın mərkəzi hissəsində 4,5 bal gücündə zəlzələ baş verib.
Yenicag.az ölkənin Milli Seysmologiya Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Paes bələdiyyəsində (Boyaka departamenti), ocağı isə 30 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.