Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Kolumbiyada asma körpü uçub: 7 ölü, 13 yaralı

Kolumbiyanın Meta departamentinin Vilyavisensio şəhərindəki asma körpünün uçması nəticəsində 7 nəfər həlak olub.

Bu barədə “RİA Novosti” şəhər rəhbəri Aleksander Quterresə istinadən məlumat verib.

Məlumatda bildirilir ki, hadisə zamanı daha 13 nəfər xəsarət alıb. Şəhər rəhbərinin sözlərinə görə, faciə baş verən vaxt körpüdə 30 nəfər olub.

“El Heraldo” portalının məlumatına görə, həlak olanlar arasında iki uşaq da var. Hazırda hadisə yerində xilasedicilər və həkimlər zərərçəkənlərə yardım göstərirlər.

Hakimiyyət orqanları sakinləri yaralılara qan verməyə çağırıb, çünki şəhərdə donor qanı çatışmazlığı mövcuddur. (Report)

Yeniçağ.Az

www.yenicag.az

99