Son məlumatlara əsasən, Kolumbiyanın Putumayo deprtamentinin paytaxtında sel nəticəsində torpaq sürüşməsinin qurbanlarının sayı 250-ə çatıb.
Yeniçağ.Az-ın “Trend”-ə istinadən verdiyi məlumata görə, bu haqda ölkənin prezidenti Xuan Manuel Santos bildirib.
Daha öncə 150 nəfərin öldüyü haqda xəbər verilirdi. 400 nəfər müxtəlif xəsarətlər alıb, daha 200 itkin düşmüş sayılır.
***
Kolumbiyanın Putumayo deprtamentinin paytaxtında torpaq sürüşməsi nəticəsində azı 112 nəfər ölüb.
Yeniçağ.Az-ın “Trend”-ə istinadən verdiyi xəbərə görə, bu barədə Röyter agentliyi xəbər verib.
Daha öncə 24 ölən və 65 yaralanan barədə xəbər verilirdi.
Frans Press agentliyi, öz növbəsində, 92 nəfərin həlak olduğunu və 180 yaralandığını bildirir. Təxminən 200 nəfər itkin düşüb.
Qeyd edək ki, hadisəyə səbəb bölgədə bir neçə saat ərzində davam edən güclü leysan nəticəsində bir neçə çayın məcrasından çıxması olub.
Yeniçağ.Az