Gənc futbolçu Abdelhak Nuri komadan ayılıb.
Yenicag.az xəbər verir ki, bunu 23 yaşlı yarımmüdafiəçinin böyük qardaşı Abderrahim deyib.
“Abdelhak 3 ildən sonra ilk dəfə reaksiya verir, hətta yemək də yeyir. Qardaşım artıq komada deyil. Asqırır, qaşları ilə bizə cavab verir, yemək yeyir. Ancaq yataqdan hələ qalxa bilmir”. – deyə qardaşı bildirib.
Xatırladaq ki, 2017-ci ilin yayında “Ayaks”la “Verder” arasında keçirilən yoldaşlıq görüşündə anidən yerə yıxılan Abdelhak Nurinin ürəyi dayanmış, 20 dəqiqəlik masajla yenidən döyünmüşdü.