Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Komandam qələbəyə layiq idi" - "Panatinaikos"un baş məşqçisi

Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda səfərdə “Qəbələ”yə qalib gələrək mərhələni adlayan “Panatinaikos”un baş məşqçisi Marinos Ozunidis oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Yenicag.az xəbər verir ki, yunan mütəxəssis öncə oyunla bağlı fikirlərini bildirib:

– Növbəti mərhələyə layiq olan komanda keçdi. Hər iki oyunda meydanda biz üstün idik. Mərhələni daha rahat keçə bilərdik. Hər iki qarşılaşmada yaxşı oynadıq. Baxmayaraq ki, bu meydançada oynamaq heç də asan deyildi. Oyuna yaxşı köklənmişdik. Ancaq bir neçə qol fürsətini boşa verdik. Hesab daha böyük ola bilərdi. Futbolun yazılmamış qanunu var – sən qol vurmasan, sənə vuracaqlar. Belə də oldu. Lakin özümüzü ələ ala bildik. Bunun nəticəsində 2 qol vurduq, 3-cü qolu da vura bilərdik. Ümumilikdə komandamdan həddən artıq razı qaldım. Çünki “Qəbələ” elə də asan rəqib deyildi. Bizimlə oyunlarda zəif təsir bağışlamalarına səbəb bizim yaxşı oynamağımız idi. Dünən də dediyim kimi, biz təkcə öz meydanamızda yox, rəqib meydanında da qalib gəlməyi bacarmalıyıq. Düzdü, biz hələ tam hazır deyilik. Ancaq bugünkü oyundan tam razı qaldım. Buna görə oyunçularımı təbrik edirəm. Qarşımızda buraxdığımız səhvləri düzəltmək üçün vaxt var. Bu müddətdə yeni oyunçularımız da komandaya tam uyğunlaşa biləcəklər.

– Komanda bir neçə qol fürsətini qaçırdı, daha sonra isə avtoqolla qapısında top gördü. Bu baxt reaksiyanız necə oldu?

– Mümkün qədər təmkinimizi qoruyub saxladıq. Oyuna yaxşı kökləndik və 2 qol vurmağı bacardıq. Fikrimcə, komandam bu gün qələbəyə layiq idi.

– Hər iki dəyişikliyi eyni cinahda etdiz…

– Buna səbəb “Qəbələ”nin sağ cinahının yaxşı olması idi.

– Meydança amilinin rol oynadığını dediz. Bununla nəyi nəzərdə tuturduz?

– Mən ot örtüyünü nəzərdə tutmurdum. Sadəcə, tribunadakı ab-havanı deyirdim.

Yenicag.az

www.yenicag.az

603
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100