Komandamız 8:1 hesabla məğlub oldu

Antalyada təlim-məşq toplanışını başa vuran 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası beynəlxalq yoldaşlıq oyunu çərçivəsində İsveç yığması ilə qarşılaşıb.

Yenicag.az AFFA-nın saytına istinadla xəbər verir ki, oyun 8:1 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.