Komandamız tarixdə ilk dəfə elektron idman növü üzrə yarışın qalibi oldu

İndoneziyanın paytaxtı Cakarta şəhərində elektron idman növü üzrə “Point Blank İnternational Championship 2024″ turniri keçirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, Azərbaycanı təmsil edən “Good Game Club” komandası finalda İndoneziya təmsilçisini 3:2 hesabı ilə məğlub edərək tarixdə ilk dəfə beynəlxalq yarışın qalibi olub.

Turnirin ən yaxşı oyunçusu isə Azərbaycan komandasının kapitanı Sahib Məmmədzadə seçilib.

COP29