Komandanın avtobusu qəzaya düşdü – 3 futbolçu öldü

Çilinin “Kolo-Kolo” klubunun əvəzedici komandasının avtobusu qəzaya uğrayıb.

Yenicag.az xəbər verir ki, qəza nəticəsində 3 futbolçu həlak olub.

Hadisə Argentinanın qərbində yerləşən Mendoza bölgəsində baş verib. Komanda həmin vaxt Paraqvayda təşkil olunan turnirə qatılmaq üçün yolda idi.

Məlumat klub tərəfindən də təsdiqlənib.