Ötən gecə Fransa kubokunun 1/4 finalı mərhələsində “Strasburq”u mübarizədən kənarlaşdıran 3-cü liqa klubu “Şambli” tarix yazıb.
Yenicag.az xəbər verir ki, elita təmsilçisini məğlub etməklə tarixində ilk dəfə ölkə kubokunun yarımfinalına adlayan “Şambli”nin sevinci elə də çox uzun çəkməyib.
Belə ki, klub üzvləri qarşılaşmadan sonra 1989-cu ildə “Şambli”ni yaradan Valter Luzinin ölümü ilə sarsılıblar.
Qeyd edək ki, o, klubu övladları Fulvio və Bruno Luzi ilə birgə yaratmışdı.