!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Komandirlər bizi zorlayır" - Şimali Koreyanın əsgər qızları  

!Reklam – Yazi

Ballistik raket sınaqları və ABŞ-la yaşanan gərginliklərlə gündəmdən düşməyən Şimali Koreya indi isə ordudakı təcavüz qalmaqalı ilə diqqətləri üzərinə çəkib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Şimali Koreyada yaşayan gənclər həyatlarının ən gözəl çağlarını əsgərlikdə keçirir. Kişilər 10, qadınlar isə 6 il hərbi xidmətdə olurlar. Orduda xidmət edən qadınların yaşadıqları isə sözün əsl mənasında dəhşətvericidir.

17 yaşında əsgərliyə gedən Lee So Yeon adlı qadın BBC-yə verdiyi açıqlamasında bunları deyib:

“Əsgərlikdə olan qadınlar üçün həyat çox çətindir. Onlar menstruasiya dövrünü keçirməyimizə imkan vermirlər və tez-tez təcavüz edirlər. Xidmətin altıncı ayından etibarən yaşadığımız stress və qəbul etdiyimiz dərmanlarla menstruasiya dövrünü keçirmirik”.

Yeon orduda uzun müddət çimmədiklərini, çiməndə isə qurbağa və ilanlarla dolu yerdən gələn su ilə yuyunduqlarını deyib.

1992-2001-ci illər arasında əsgərlikdə olan Yeon təcavüz qalmaqalları ilə bağlı bunları danışıb:

“Komandirlərimiz bizi zorlayır və bunun bir əmr olduğunu söyləyirdilər. Bu proses heç vaxt sona çatmırdı…”

Yeon yaşadığı ağır günləri unutmaq üçün 2008-ci ildə ölkədən qaçmağa cəhd edib, amma onun cəhdi uğursuz alınıb. Həbs edilən qadın yenidən qaçmağa çalışıb və Tumen çayını keçərək Çinə çatıb.

www.yenicag.az

5813
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv