!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Komaya düşən 3 aylıq körpə xilas edildi

!Reklam – Yazi

Bakıda komaya düşən 3 aylıq uşağın həyatı xilas edilib.

Bu barədə Trend-ə Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu məlumat verib.

O bildirib ki, təxminən bir həftəyə yaxın koma vəziyyətində olan 3 aylıq körpənin həyatı xilas olunub.

“Mərkəzin nəzdində olan 2 saylı Uşaq Klinik Xəstəxanasının həkimləri olduqca ağır vəziyyətdə gətirilən 18.02.2022 təvəllüdlü körpəyə “ikitərəfli bronxopnevmoniya, ikitərəfli atalektaz, sağ tərəfə ağciyərin dislokasiyası” diaqnozunu qoyublar. Eyni zamanda, qıcolma sindromundan əziyyət çəkən körpə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib və ciddi nəzarətə alınıb. Həyat əlamətləri yetərincə aşağı olan körpə may ayının 9-da süni tənəffüs aparatına bağlanıb və 6-7 gün boyunca zondla qidalandırılıb.

Həkimlərin davamlı və düzgün müalicəsi nəticəsində ötən gün körpə həyata qaytarılıb.

Hazırda körpənin vəziyyəti tam stabildir və reanimasiyadan çıxarılaraq müalicəsinin davam etdirilməsi üçün xəstəxananın patologiya şöbəsinə köçürülüb.

Qeyd edək ki, körpənin bütün müayinə və müalicə xərcləri icbari tibbi sığorta ilə qarşılanıb”, – E.Hidayətoğlu bildirib.

www.yenicag.az

210
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv