Kombayn aşdı, sürücü öldü – Cəlilabadda

Cəlilabad rayonunda taxıl biçini zamanı bədbəxt hadisə baş verib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, Məşədilər kəndi ərazisində taxıl yığımı zamanı kombaynın aşması nəticəsində sürücü ölüb.

Dünyasını dəyişən şəxs yerli sakin Dünyamalıyev Aydın Alı oğludur.

Faktla bağlı araşdırma aparılır.