Kombi oğruları tutuldu – Fotolar

Abşeronda evlərdən kombi aparatı oğurlayan şəxslər saxlanılıb.

Yeniçağ.az-a daxil olan məlumata görə, Abşeronda keçirilən uğurlu əməliyyat axtarış tədbirləri nəticəsində Balakən rayon sakini 38 yaşlı Hacı Mutayev və Lənkəran şəhəri Şıxəkərən kənd sakini 34 yaşlı Rauf Quliyev saxlanılaraq istintaqa təhvil verilib. Onlar törətdikləri cinayət əməlini etiraf ediblər. Hər iki şəxs işlədikləri evlərdən kombi aparatlarını oğurlayaraq satıblar.

Qeyd edək ki, Rayon Polis idarəsinin əməkdaşları, hər iki şəxsin narkotik maddələrinin qanusuz dövrüyyəsi ilə məşğul olduqlarını müəyyən edib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam edir.

Yeniçağ.az