!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Köməksiz qalan balıqçılar xilas edildi

!Reklam – Yazi

Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi tərəfindən Salyan reydi Karaqedov bankasının şimalında, sahildən 8,3 mil məsafədə hərəkətsiz balıqçı qayığında 2 nəfərin avar ilə “kömək edin” işarəsini göstərmələri müşahidə edilib.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən Yenicag.az-a verilən məlumata görə, sərhəd gözətçi gəmisi tərəfindən keçirilən xilasetmə tədbiri nəticəsində texniki nasazlıq səbəbindən dənizdə qalan “MA-10181” bort nömrəli “Yamaha – 40” mühərrikli balıqçı qayığı yedəyə alınıb və 2 nəfər balıqçı xilas edilib.

DSX-nin Sahil Mühafizəsinin hərbi qulluqçuları tərəfindən xilas edilən şəxslərin Neftçala rayonunun sakinləri 1970-ci il təvəllüdlü Rüstəmov Əli Rəfayıl oğlu və 1991-ci il təvəllüdlü Cəfərov Elnur Eldar oğlu olmaları müəyyən edilib.

www.yenicag.az

3278
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv