Köməksiz vəziyyətdə qalmış 2 uşaq xilas edildi – Bakıda

Bakıda köməksiz vəziyyətdə qalmış uşaqlar xilas ediliblər.

Yenicag.az FHN-nin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, paytaxtın Sabunçu rayonunda 2 azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri həmin ünvana gələrək qapının açılmasını təmin ediblər.