Bir neçə gün əvvəl prezident İlham Əliyev 10 min manata qədər məhsulların gömrük rüsumu ödəmədən ölkəyə gətirilməsi haqda güzəşti ləğv etdi.
Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev ANS TV-yə açıqlamasında bu addımın atılmasının səbəbini sui-istifadə halları ilə əlaqələndirib: “Bu sərəncam yalnız şəxsi tələbat malları üçün nəzərdə tutulurdu. Təəssüflər olsun ki, əhalinin böyük bir hissəsi bunu belə qəbul eləmədi və hətta qüvvəyə minməsindən əvvəl də sui-istifadə hallarına cəhdlər edilirdi. İkici bir məsələ – ölkədəki manatın devalvasiyası prosesindən sonra artıq bu valyutanın xaricə axınına səbəb ola bilərdi”.
A. Əliyev müsahibəsində digər suallara da cavab verib.(Qafqazinfo)