Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Moldovada keçiriləcək prezident seçkilərini müşahidə edəcək.
Bu barədə Yenicag.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qeyd edilib ki, Musa Quliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin xətti ilə həyata keçiriləcək müşahidəçilik məqsədilə oktyabrın 18-də Kişineu şəhərinə yola düşəcək.
Komitə sədri seçki məntəqələrində aparılan hazırlıq işləri ilə yaxından tanış olacaq, səsvermə prosesini müşahidə edəcək.
Səfər oktyabrın 21-də başa çatacaq.