!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Komitə sədri Şuşa haqqında kitab yazan alman alimlə görüşdü

!Reklam – Yazi

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Almaniyanın Qiesen Universitetinin dosenti, alim Mixael Reynhard Hessi qəbul edib.

Dövlət Komitəsindən Yenicag.az-a verilən məlumata görə, görüşdə alimin “Şuşanın irsi. Azərbaycanın mədəniyyət paytaxtının tarixi və inkişaf yolu” adlı kitabı barədə Azərbaycan dilində fikir mübadiləsi aparılıb.

M.Hess qeyd edib ki, kitabı yazmaqda əsas məqsədi Qarabağın və Şuşanın Azərbaycanın ədəbiyyat və mədəniyyət tarixindəki zəngin irsini geniş oxucuların diqqətinə çatdırmaqdır.

25 ildir Azərbaycanı tədqiq etdiyi üçün alimə təşəkkür edən Komitə sədri Qarabağ bölgəsi ilə bağlı xarici mütəxəssislər, elm adamları tərəfindən araşdırmaların aparılmasının vacibliyini vurğulayıb və alman dilində dərc olunan kitabın gələcəkdə digər xarici dillərə də tərcümə edilməsinin əhəmiyyət kəsb etdiyini qeyd edib.

www.yenicag.az

260
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv