“Büdcə imkan verəcək ki, gələn il minimum əməkhaqqı və minimum pensiya artırılsın. Bu il orta aylıq əməkhaqqının təxminən 9 faiz artımı imkan verəcək ki, gələn il bütün pensiyaçıların pensiyalarının sığorta hissəsində 9 %-ə yaxın artım olsun”.
Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Musa Quliyev deyib. O bildirib ki, gələn il əmək pensiyalarının orta məbləği 535 manata çatacaq:
“Bu, cari ildəkindən 42 manat çox olacaq. Yaşa görə pensiyanın orta məbləği isə 571 manata çatacaq ki, bu da cari ildən 45 manat çoxdur”, – deyə komitə sədri vurğulayıb./unikal